Xəzər Xəbər

DİQQƏT! Dondurmadakı ciddi təhlükə ... - VİDEO

Veb TV | 20:56 • 21 İyun 2018
DİQQƏT!

Havalar isindikcə yay mövsümünün ən sevilən təamlarından olan dondurmalara tələbat da artır. İndi ticarət mərkəzlərində, eləcə də parklarda açıq şəkildə dondurmaların satışına rast gəlinir. Mütəxəssislər açıq şəkildə parklarda satılan dondurmalarla bağlıciddi təhlükə olduğunu bildirirlər.

Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Bu isə o deməkdir ki, həmin dondurmanın keyfiyyəti aşağı düşüb. Üstəlik, zəhərlənmə riski də artıb.

Qida Təhlükəsizliyi Agentliyi keyfiyyətsiz və təhlükəli dondurmalarla bağlı istehlakçılara xəbərdarlıq edib. Qurumun Nəzarət Təftiş Şurasının baş məsləhətçisi Səidə Səmədova deyir ki, istehlakçılar bəzən dondurmanın saxlanılması ilə bağlı ən adi qaydaları bilmədiklərindən qida zəhərlənməsinə məruz qala bilirlər.

Agentlik rəsmisi həmçinin bildirir ki, rəngli dondurmalara xüsusilə diqqət yetirilməlidir. Dondurmalara vurulan sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.

Açıq şəkildə satılan dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Bu və digər qaydalara əməl edilmədikdə dondurma asanlıqla yararlı qida məhsulundan təhlükəliyə çevrilə bilir.

Xəbər lenti