Xəzər Xəbər

İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb VİDEO

Veb TV | 18:49 • 21 İyun 2018
İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


50-BE-448 dövlət nömrə nişanlı, "QAZ 2400" markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq dünyasını dəyişib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti