Xəzər Xəbər

Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Cəmiyyət | 14:13 • 21 İyun 2018
Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə

Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb.

Araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.

"Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq”, - deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.

Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.

S.Yılmazın sözlərinə görə, bu cür halların səbəbi əslində bir çoxuna bəllidir:

"18 ölkənin 116 aliminin hazırladığı hesabata görə, bu cür isti hava kütlələrinin hakim olmasının səbəbi iqlim dəyişikliyidir. İnsanlar isti havanın mənfi təsirlərindən necə qoruna biləcəklərini öyrənməlidirlər. Fərdi olaraq qısamüddətli hava dəyişikliyinə qarşı özümüzü hazırlaya bilərik. Lakin daha uzunmüddətli dəyişikliklə mübarizə üçün insanlar güclərini birləşdirməli, iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır”./publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti