Xəzər Xəbər

Bakıda 15 avtomobil qarət edən şəxs tutulub - VİDEO

Veb TV | 20:36 • 20 İyun 2018
Bakıda 15 avtomobil qarət edən şəxs tutulub -

Bakıda 15 avtomobil qarət edən şəxs tutulub. Həmin şəxs avtomobillərin qabaq yan şüşəsini qırmaqla pul, mobil telefon və digər qiymətli əşyaları oğurlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayon sakini Sadiq Əliyev rayon 5-ci Polis Bölməsinə müraciət edərək avtomobilinin şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin salonunda olan mobil telefonunun naməlum şəraitdə oğurlandığını bildirib.

Eyni məzmunlu şikayət ərizəsi ilə bölməyə daha 14 avtomobil sahibi müraciət edərək maşınlarından pul, mobil telefon, səsgücləndiricilər, maqnitofonlar və digər qiymətli əşyaların oğurlanması barədə məlumat veriblər.

Bölmə əməkdaşları əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasovu saxlayıb. O, ifadəsində törətdiyi cinayət əməlini istintaqla araşdırılan bir tanışı ilə törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti