Xəzər Xəbər

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi xüsusi robotla sudan çıxarılıb

Hadisə | 12:22 • 20 İyun 2018
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi xüsusi robotla sudan çıxarılıb

"Oğlum Elnur Babayevin meyiti iyunun 18-i yerli vaxtla axşam saat 18:00 radələrində tapılıb”.


Xezerxeber.az bildirir ki, bu sözləri APA-ya açıqlamasında iyunun 2-də Roma yaxınlığında Albano gölündə batmış azərbaycanlı tələbənin atası Rafiq Babayev deyib.

Hazırda İtaliyada olan R. Babayev bildirib ki, axtarış işləri son 3 gündə gücləndirilmiş rejimdə aparılıb: "Gölə xüsusi gəmi cəlb etdilər. Daha sonra meyitin 80-90 metr dərinlikdə təxmini yerini müəyyənləşdirdilər. Meyit xüsusi robot qurğusu ilə sudan çıxarıldı. Tanınma həyata keçirildi, meyit ekspertiza üçün xəstəxananın "morq"una göndərildi. Bu gün yerli vaxtla saat 12:00-də ekspertizanın rəyi açıqlanacaq. Sonra səfirliyin köməkliyi ilə meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə proseduru həyata keçiriləcək. Meyitin Azərbaycana göndərilməsi iyunun 22-23-nə nəzərdə tutulub”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti