Xəzər Xəbər

Moskva küçələrində bayram coşqusu yaşanır - VİDEO

Veb TV | 20:10 • 19 İyun 2018
Moskva küçələrində bayram coşqusu yaşanır -

Rusiyada futbol bayramının həyəcanı və təntənəsi yaşıl meydanlardan daşaraq Moskva küçələrini də şənləndirir.

Xezerxeber.az-ın məlumatına görə, fərqli ölkələrdən gələn azarkeşlər öz bayraqları və milli geyimləri ilə küçələri bəzəyir. Himnlərini və milli musiqlərini yüksək səslə oxumaqla həm komandalarına dəstək olur, həm ölklərini tanıdırlar.

İlk oyunda heç-heçə oynayan Brazilya milli komandası öz azarkeşlərini heç də həvəsdən salmayıb. Onlar dünya kubokunu alacaqlarını deyirlər. Yox, əgər bu mümkün olmasa, Brazilya yerinə Perunun çempion olmasınu istəyirlər.

Küçələrdə əcnəbilərə nisbətən daha az görünən ruslar isə öz ölkələrinin qalib olacağına sonsuz ümüd bəsləyirələr.

Rus azarkeşlərdən biri Rusiya komandasını dəstəkləsə də, portuqalların oyununu çox bəyəndiyini deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti