Xəzər Xəbər

Qubada bir neçə cinayətin üstü açılıb, saxlanılanlar var - VİDEO

Veb TV | 20:02 • 19 İyun 2018
Qubada bir neçə cinayətin üstü açılıb, saxlanılanlar var -

Qubada iki oğurluq əməlinin üstü açılıb.

Xezerxeber.az-ın məlumatına görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Onun həmin kəndin sakini Mahir Həsənov olduğu müəyyən edilib. Araşdırmalar zamanı adıçəkilən şəxsin digər cinayət əməllərinin olduğu da bilinib. Mahir Həsənovun 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvanı oğurladığı məlum olub. Mahir Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Sumqayıtdan Qubaya gələrək oğurluq etməkdə şübhəli bilinən iki sinif yoldaşı da saxlanılıb. Quba polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla, oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və Məmmədşah Rüstəmov saxlanılıb. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat dəyərində olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Araşdırma zamanı Fərid Kərimovun ötən il də həmin ünvandan xalasına məxsus 2000 manat pulu oğurladığı məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti