Xəzər Xəbər

Dünyanın ən yaşlı oranqutanı ölüb - 62 yaşında

Maraqlı | 14:29 • 19 İyun 2018
Dünyanın ən yaşlı oranqutanı ölüb -

Avstraliyanın Pert şəhər zooparkında dünyanın ən yaşlı oranqutanı ölüb.

Modern.az-ın məlumatına görə, "Puan" adlı dişi oranqutan 62 yaşında ölüb.

2016-cı ildə o, ən yaşlı oranqutan kimi "Ginnesin rekordlar kitabı”na salınıb.

Qeyd olunur ki, vəhşi təbiətdə oranqutanlar 50 yaşına qədər yaşayır.

Xəbər lenti