Xəzər Xəbər

Qəbələ sakini bir ağacda 18 növ alma yetişdirir - VİDEO

Veb TV | 20:23 • 17 İyun 2018
Qəbələ sakini bir ağacda 18 növ alma yetişdirir -

Bir ağacın üzərində 18 fərqli alma, bir gövdədə 7 növ gül...

Xezerxeber.az-ın məlumatına görə, görənləri heyrətə gətirən bu qeyri-adi calaqları Qəbələnın Çuxur Qəbələ kənd sakini Firavan Məmmədyarov edib. Rayonda hamı onu yeniliklərlə dolu bir bağban kimi tanıyır. Firavan Məmmədyarov əvvəlcə şəxsi təsərrüfatında toxumları əkərək meyvə ağacları yetişdirir. Sonra isə həmin ağaclara cürbəcür calaq vuraraq belə meyvələr yetişdirir. Bağbanın becərdiyi bağda belə meyvə ağacları kifayət qədərdir.

Firavan Məmmədyarovun calaq edərək yetişdiridiyi ağaclar arasında ən diqqət çəkəni almadır. Bir ağacın üzərində olan 18 növ almanın hər biri həm sortuna, həm də böyüklüyünə görə bir-birindən xeyli fərqlənir.

Görənləri heyrətə gətirən digər ağac isə əncirir. Bu ağacda 10 cür əncir yetişir. Calaq edilərək yetişdirilən bir gül kolunun gövdəsi üzərində isə 7 növ gül var. Novatorçu bağban bu il də yeniliklər edib. Belə ki, o, xırda boylu - cırtdan ağaclar yetişdirib və həmin ağacların üzərində artıq meyvə də var.

Firavan Məmmədyarov bu dəfə bir ağac üzərində calaq vasitəsilə 40-dan artıq müxtəlif sort meyvə yetişdirməklə "Ginnesin rekordlar kitabı"na düşmək istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti