Xəzər Xəbər

9 yaslı Ömərin qeyri-adi bacarığı - 30 saniyəyə gözü bağlı kubik- rubiki yığır - VİDEO

Veb TV | 20:11 • 17 İyun 2018
9 yaslı Ömərin qeyri-adi bacarığı -

9 yaslı Ömər Mustafazadə 40 saniyəyə gözü bağlı kubik- rubiki yığa bilir.

Xezerxeber.az-ın məlumatına görə, qeyri - adi bacarığa malik Oğuz rayon sakini 3 ay ərzində məşq edib. Əvvəl 3 dəqiqəyə yığıdığı kubik- rubiki indi hətta 30-40 saniyə ərzində yığa bilir.

Ömərdə bu həvəs ilk dəfə sosial şəbəkələrdə rast gəldiyi gəncləri izləyərkən yaranıb. Bununla yanaşı Ömər dərslərini də yaxşı oxuyur və əlaçıdır. Ən çox sevdiyi riaziyyat fənnindən Oğuz rayonunda olimpiyadada birinci olub.

Omərin məqsədi kubik- rubiki gözübağlı 3 saniyəyə yığmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti