Xəzər Xəbər

Ölkəmizdə ilk dəfə uzunömürlülük xəritəsi hazırlanıb

Cəmiyyət | 11:30 • 28 May 2018
Ölkəmizdə ilk dəfə uzunömürlülük xəritəsi hazırlanıb

Hazırda ölkəmizdə 90 yaşından yuxarı 10 min uzunömürlü var. 


Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova AZƏRTAC-a məlumat verib.


Aparılan tədqiqatlar nəticəsində ölkəmizdə ilk dəfə olaraq uzunömürlülük xəritəsi hazırlanıb. Xəritə artıq tam hazırdır və yaxın günlərdə çap olunacaq.


Direktorun dediyinə görə, uzunömürlülük xəritəsi rəsmi statistik məlumatlar əsasında tərtib olunub. Bu, beynəlxalq təcrübədə qazanılmış metodikadır. Qəbul olunmuş qaydaya görə, uzunömürlülük indeksi yaşı 90-ı keçənlə 60 və daha yuxarı yaşda olanlarının sayına nisbətidir.


Tədqiqatlar ölkəmizin uzunömürlülük indeksinin yüksək olduğu bəzi bölgələrin üzə çıxarıb. Uzunömürlülük tədqiq olunarkən ilkin mərhələdə onların yaş verifikasiyası aparılır. Həmçinin uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələr tədqiqat qrupuna daxil edilir və onların üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Aparılan müayinələrdə həkimlər, bioloqlar və başqa mütəxəssislər iştirak edirlər.


Hesablamalar göstərir ki, ölkəmizdə uzunömürlülərin sayı artıb.


Hazırda tədqiqatlar cənub rayonlarında aparılır.

Xəbər lenti