Xəzər Xəbər

100 yaşlı Cümhuriyyətin pulları - Bu əskinaslar nadir eksponat kimi saxlanılır - VİDEO

Veb TV | 19:10 • 26 May 2018
100 yaşlı Cümhuriyyətin pulları -

100 il bundan əvvəl tədavüldə olan pullar hələ də öz dəyərini qorumaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin milli valyutası elan edilən bu pullardan gedir.

Üzrərində manat yazısı olan ilk pullar Zaqafqaziya Komissarlığının buraxdığı əskinaslarda olub.

Azərbyacnda ilk buraxılan müstəqil pullarının tarixi isə 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlayır. Xalq Cümhuriyyətinin dövründə isə hökümət tərəfindən 1919-cu ilin əvvəllərində 100 manatlıq ilk əskinaslar buraxılır.

Kolleksiyaçı Azər Nağıyevin sözlərinə görə, həmin ilin ortalarında 25 manatlıq əskinaslar da buraxılır. Daha sonra isə dövriyyəyə 250 və 500 manatlıqlar daxil olur.

Parlamentin iclaslarındakı çıxışlarda qeyd edilir ki, möhtəkirlik hallarının artması qiymətlərin bahalaşmasına səbəb olur.Vəziyyətdən çıxış üçün isə müəllimlərin, həkimlərin və digər dövlət qulluğunda işləyən şəxslərin məvaciblərinin artırılması təklif olunur. Həmin dövrdə tədavüldə bir neçə pul vahidi olduğundan parlamentin qərarı ilə ölkə ərazisində bütün pulların dövrüyyəsinə icazə verilir.

Azər Nağıyevin sözlərinə görə, 500 manatlıq əskinaslar əhali arasında geniş yayıldığından, hətta Cümhuriyyətin süqutundan sonra da bir müddət dövriyyədə qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti