Xəzər Xəbər

''Qafqaz üçlüyü'' filmi ermənilərə hədiyyə imiş - XƏYANƏTİN PƏRDƏARXASI - VİDEO

Veb TV | 19:19 • 26 May 2018
''Qafqaz üçlüyü'' filmi ermənilərə hədiyyə imiş -

Rüstəm İbrahimbəyovun ''Qafqaz üçlüyü'' filmi bir ləkədir.

Xezerxeber.az-ın məlumatına görə, ictiami xadimlər, ziyalılar sözügedən filmi kəskin tənqid edirlər.

O, "Qafqaz üçlüyü" filminin ssenarisi ilə sübut etdi ki, öz xalqına kin, nifrət, ermənilərə isə rəğbət bəsləyir. O düşmənə ki, minlərlə qadını, uşağı, yaşlını amansızcasına qətlə yetirib, bir milyona yaxın insanı öz yurdundan didərgin salıb. Maraqlısı budur ki, bütün bunlar yaxın keçmişdə elə Rüstəm İbrahimbəyovun gözü qarşısında baş verib. Amma o, öz yaradıcılığında nəinki bu məsələyə toxunur, əksinə, Ermənistanın maraqlarına xidmət edən "Qafqaz üçlüyü" kimi film çəkib.

Ermənistan tərəfinin ən çox səsləndirdiyi fikirlərdən biri bu olub ki, "Qarabağ ona görə Azərbaycanda qala bilməz ki, ermənilər orada azərbaycanlılarla birgə yaşaya bilməz". Bu film isə birbaşa həmin marağa xidmət edir. Bunun adı isə xəyanətdir.

Xalq artisti, kino və teatr aktyoru, rejissor Ramiz Məlik deyir ki, Rüstəm İbrahimbəyovun qəlbinin dərinliklərində erməniyə sevgi həmişə olub. Onun çəkdiyi filmlərdə bu həmişə özünü göstərib. 2015-ci ildə qondarma soyqırımın 100 illiyində ermənilər üçün bundan gözəl hədiyyə ola bilməzdi.

Xalq artisti Həmidə Ömərova da Rüstəm İbrahimbəyovun filmini bəsit və səviyyəsiz hesab edir. Aktrisa hesab edir ki, Rüstəm İbrahimbəyov bu addımı ilə xalqımıza arxadan zərbə vurdu. Arxadan zərbə vurmaq isə düşmənə xas xüsusiyyətdir. Rüstəm İbrahimbəyov da bu xarakteri çox sevdiyi ermənilərdən böyük peşəkarlıqla mənimsəyib

Bu film peşəkarlıq nöqteyi-nəzərdən uğursuz bir sənət əsəri kimi zəif olsa da, müəllifinin xislətini növbəti dəfə ifşa etmək üçün kifayət etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti