Xəzər Xəbər

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN

Cəmiyyət | 11:32 • 26 May 2018
Dondurma alarkən bunlara mütləq

Artıq dondurma mövsümü başlayıb. Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Azərbaycanda yerli istehsalla yanaşı, digər ölkələrdən gətirilən dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az saytına deyib ki, dondurma alarkən onun miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir:

"Hələ ki dondurma sahəsi ilə bağlı istehlakçılardan hər hansı şikayət daxil olmayıb. Amma güman edirəm ki, hər il olduğu kimi, bir müddətdən sonra müraciətlər olacaq. Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə müəyyən işlər aparacağına ümid edirik. Azərbaycanda 30-a qədər dondurma istehsalçısı var. O cümlədən xarici ölkələrdən də Azərbaycana dondurmalar gətirilir.

Hamı bilməlidir ki, dondurma süd məhsuludur. Və onun hazırlamasında yalnız kərə yağından istifadə olunmalıdır. Dondurma yedikdə boğazda acılıq hiss olursa, bu o deməkdir ki, duru kərə yağı əvəzinə, bitki yağlarından, marqarindən istifadə olunub. Dondurmanın qabı əzilibsə, bu o deməkdir ki, o, istilik temperaturuna məruz qalıb və sonradan dondurulub. Bu artıq təhlükəli dondurmadır”.

E.Hüseynov əhalini diqqətli olmağa çağırıb:

"İnsanlar dondurmanın buraxılma tarixinə, istehsalçının adı və ünvanına, məhsulun adına, qida əlavələri daxil olmaqla tərkibinə, xalis kütləsinə, yararlılıq müddəti və saxlanma şərtlərinə və.s kimi keyfiyyətlərinə fikir verməlidirlər. Bir gündə dondurmanı 300 qramdan artıq yemək məsləhət görülmür. Ardıcıl istehlak edilərsə, bədən temperaturu aşağı düşə və insan ölə bilər. İstehlakçılar dondurma seçərkən diqqətli olmalıdır. Yad qidalarla eyni soyuducuda saxlanan dondurma keyfiyyətini pozmaqla yanaşı, üzərində mikroorqanizmlərin artmasına səbəb olur.

Digər tərəfdən istehlakçılar malın sertfikatını tələb edə bilərlər. Bu baxımdan alıcılar dondurmanın sertfikatını tələb etsinlər, əgər yoxdursa, demək o dondurma saxtadır, təsadüfidir. Həmin dondurmalara görə insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti