Xəzər Xəbər

Qida təhlükəsizliyi kartı necə veriləcək? - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 19:07 • 26 May 2018
Qida təhlükəsizliyi kartı necə veriləcək? -

Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin iyulun 1-dən etibarən hansı qaydalarla qeydiyyatdan keçəcəkləri məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Nübar Hüseynlinin sözlərinə görə, qeydiyyat üçün qida sənayəsində fəaliyyət göstərən sahibkarlar agentliyə müraciət etməlidir.

Müraciətdən sonra sahibkarın müraciətinə baxılır və qida sənayesi müəssisəsinin sanitar normalara uyğunluğunu müəyyən etmək üçün yoxlamalar aparılır.

Agentliyin şöbə müdiri Nübar Hüseynli deyir ki, yoxlamalardan sonra nöqsan aşkar edilməyən sahibkarlıq subyekti reyestrə daxil edilir və ona xüsusi kart təqdim olunur. Subyektin qeydiyyat sənədi müddətsiz olaraq verilir. Sahibkara reyestrdən çıxarışın verilməsi ona əlavə üstünlük qazandırır.

Bu istiqamətdə sahibkarların bilgilərini artırmaq üçün mayın 22-dən etibarən sahibkarlıq subyektlərində maarifləndirici xarakter daşıyan monitorinqlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti