Xəzər Xəbər

Türkiyə XİN: “F-35-lər verilməsə, cavab tədbirləri görüləcək”

Dünya | 15:10 • 25 May 2018
Türkiyə XİN: “F-35-lər verilməsə, cavab tədbirləri görüləcək”

ABŞ Türkiyəyə yeni nəsil F-35 qırıcılarının tədarükünü dayandırarsa, Ankara Vaşinqton barəsində cavab tədbirləri görəcək. Bunu Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy deyib.


Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alacağı təqdirdə, F-35 təyyarələrinin tədarükünün dayandırıla biləcəyini müzakirə edib.


Xatırladaq ki, Türkiyə ABŞ-dan ilk F-35 qırıcısını iyunun 21-i əldə etməyi planlaşdırır.

Xəbər lenti