Xəzər Xəbər

Azərbaycana 270 mln. dollarlıq güzəştli məhsul idxal edilib

İqtisadiyyat | 13:18 • 25 May 2018
Azərbaycana 270 mln. dollarlıq güzəştli məhsul idxal edilib

"Son iki ildə Azərbaycana 269,6 milyon dollar dəyərində güzəştli məhsul idxal edilib".


Bunu İqtisadiyyat Nazirliyi sənaye şöbəsinin müdir müavini Bəxtiyar Əliyev bildirib.

B.Əliyevin sözlərinə görə, Azərbaycana idxal edilən bu güzəştli məhsullara görə sahibkarlar 69,5 mln. dollar məbləğində güzəşt əldə ediblər.

"Cari il ərzində sahibkarlara 70-dən çox investisiya təşviqi sənədi verilib. 2016-cı ilin may ayından ölkə üzrə investisiyalar təşviq edilməyə başlayıb. Son iki ilə yaxın müddətdə müxtəlif biznes subyektləri tərəfindən təqdim edilən layihələrə baxılıb. 271 layihəyə investisiya təşviqi sənədi verilib. Bu sənədlərin verilməsi nəticəsində ölkə iqtisadiyyatına 2,5 milyard manata yaxın investisiya qoyulması, 18 mindən artıq yeni iş yerlərinin yaradılması müəyyən edilib",- deyə B.Əliyev vurğulayıb. (APA)

Xəbər lenti