Xəzər Xəbər

Milli Məclisdə ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunub - VİDEO

Veb TV | 20:41 • 22 May 2018
Milli Məclisdə ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunub -

Ötən il dövlət büdcəsinin icrasında ən yüksək göstərici yol vergisində 151 faiz, ən aşağı göstərici isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə yəni 42.9 faiz qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu 2017-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ötən il dövlət qurumlarının proqnoz büdcəni necə icra etdiyini də açıqlayıb.

Müzakirələrdə iştirak edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edildiyi və həyata keçirilən islahatlar nəticəsində davamlı iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb.

Millət vəkili Əli Məsimli dövlət büdcəsinin icrasında səmərəliliyin artırılması üçün maliyyə nəzarəti, eləcə də bir sıra əlavə qanunların qəbul olunmasına böyük ehtiyac olduğunu bildirib.

2017-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi qəbul edilərək plenar iclasa tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti