Xəzər Xəbər

Əlilliyin təyin edilməsi prosesi şəffaflaşmalıdır - VİDEO

Veb TV | 20:42 • 22 May 2018
Əlilliyin təyin edilməsi prosesi şəffaflaşmalıdır -

Azərbaycanda hər il əlilliyi olan şəxslərin sayı artır.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisdə "Əlilliyi olan şəxslərin hüquqları" haqqında qanun layihəsinin müzakirəsində bu sözlərlə çıxış edən millət vəkilləri şəxslərə əlillik verilməsi prosesinin şəffaflaşmasının vacibliyinə diqqət çəkiblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar yeni mexanizmlərə ehtiyac olduğunu da bildiriblər.

Millət vəkili İlham Məmmədov əlilliyin verilməsi prosesinə nəzarətin artırılması üçün yeni işçi qrupunun yaradılmasını təklif edib.

Millət vəkili Musa Quliyev isə bir sıra şəxslərin əlillik statusu alması üçün çoxsaylı bürokratik əngəllərlə qarşılaşdıqlarını bildirib. O, bunun üçün yeni yanaşmalara böyük ehtiyac olduğunu vurğulayıb.

3-cü oxunuşda müzakirə olunan qanun layihəsi sonda parlamentin plenar iclasına tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti