Xəzər Xəbər

Məhsul bol, qiyməti də ucuz, amma müştəri yox - Bərdədə tonlarla soğan məhv olur - VİDEO

Veb TV | 20:38 • 22 May 2018
Məhsul bol, qiyməti də ucuz, amma müştəri yox -

Bərdəli fermerlər bu il soğandan bol məhsul götürüblər.

Ancaq qiymətlər ucuz olsa da, alıcı qıtlığı yaşanır. Buna görə də tonlarla soğan sahələrdə yığılaraq məhv olur.

Xezerxeber.az-ın məlumatına görə, rayonun kəndlərdində soğan sahələrdə qalıb. Qiymətlər ucuz olsa da, alıcı qıtlığı səbəbindən tonlarla soğan məhv olur.

Fermerlər deyir ki, soğanın əkılıb-becərilməsi xərcləri çox olub. İndi alıcının olmaması onları xeyli ziyana salıb. Hətta 32 -33 kiloqramlıq soğan kisəsini 4 manat 50 qəpıyə təklif etsələr də, alıcı yoxdur. Soğanın 1 kıloqramını 10 -11 qəpiyə belə sata bilmirlər.

Təsərfuatla məşğul olan fermerlər deyir ki, indiyə qədər məhsul birbaşa sahədə və ya həyətlərdə topdan satılıb. Bu il isə həmin alıcılar rayona gəlmir. Əvvəllər məhsul xarici ölkələrə, əsasən də Gürcüstan və Rusiya aparılırdı. Bu il nəməlum səbəblərdən soğan xarici ölkələrə daşınmır. Fermerlər məhsulun xarici bazarlara çıxarılmasını təklif edirlər. Onlar hesab edirlər ki, yalnız bu yolla gəlir əldə edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti