Xəzər Xəbər

PSJ-nin prezidentindən Neymarla bağlı şok açıqlama

İdman | 17:29 • 22 May 2018
PSJ-nin prezidentindən Neymarla bağlı şok açıqlama

PSJ-nin prezidenti Nasir Əl Xalafi Neymarla bağlı açıqlama verib.


"L'Equipe" qəzetinə danışan klub rəhbəri 222 milyon avroya aldıqları futbolçu ilə bağlı "Heç bir şey və heç kimsə klubdan böyük deyil" deyib.


Nasir Əl Xalafi bildirib ki, klub həmişə yaşayacaq: "Əgər biri bunu qəbul etmirsə, gedə bilər. Hər kəs PSJ üçün ən yaxşınısı etməlidi. Bura gəldiyimiz gündən 19 kubok qazanmışıq, amma hələ də tənqid olunuruq".


Qeyd edək ki, Neymarın "Real"a transfer olunacağı deyilir. Klub prezidentinin bu açıqlaması onun Neymardan narazı olması və gedişinə işarə vurması kimi dəyərləndirib.

Xəbər lenti