Xəzər Xəbər

Babək prospektinin toz-torpağı sakinlərə problem olub - Təmir zamanı yola su səpilmir - VİDEO

Veb TV | 21:00 • 21 May 2018
Babək prospektinin toz-torpağı sakinlərə problem olub -

Bakının ən əsas yollarından olan Babək prospektində yaşayanlar və iş yeri əraziyə yaxın olanlar toz-torpagın yaratdığı agır ab-havadan əziyyət çəkirlər. İaşə obyektləri isə tozun təsirindən fəaliyyət göstərə bilmir.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb yolda əsaslı təmir işlərinin aparılması zamanı əraziyə suyun səpilməməsidir. Ərazidə bəzən elə toz olur ki, göz-gözü görmür.

Ərazidə yaşayanların sözlərinə görə, isti olmasına baxamayraq toz səbəbindən evlərinin pəncərələrini aça bilmirlər. Xüsuslə küləkli günlərdə toz daha çox olur. Bu yoldan keçən marşrut avtobuslarında da kondisoner olmasa da toza görə pəncəriləri baglı saxlamaga məcbur olurlar.

Babək prospektinin təmirini həyata keçiriən ''Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin'' sözçüsü Anar Nəcəflinin sözlərinə görə, ərazidə kommunikasiya xətləri çəkildiyindən qazıntı işləri aparılıb və bu da tozun yaranmasına səbəb olur. Problemin aradan qaldırılması üçün iş görülür.

Qeyd edək ümumu uzunlugu 18 kilometr olan ikitərəfli yolda əsaslı təmir işlərinin bu ilin avqust, sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti