Xəzər Xəbər

Azərbaycan və Ermənistandakı seçki sonrası mənzərə - TƏHLİL - VİDEO

Veb TV | 20:35 • 24 Aprel 2018
Azərbaycan və Ermənistandakı seçki sonrası mənzərə -

Eyni dövrdə həm Ermənistanda, həm də Azərbaycanda seçkilər keçirildi. Bu seçkilərdən sonra yaranan mənzərə isə iki ölkənin apardığı siyasətin nəticəsidir. Bu materialda müqayisəli təhlil uçurum kimi görünən fərqi aydın ortaya qoyur.

Xezerxeber.az-ın məlumatına görə, iki seçkinin nəticələri, habelə seçkilərdən sonra yaranmış vəziyyətin müqayisəli təhlili indiyə qədər yürüdülən siyasətin qiymətləndilməsi üçün əla indikatordur. Azərbaycanda tam sabit və demokratik şəraitdə baş tutan seçkilərdə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə etimad göstərdi.

Əsas müqayisə odur ki, Azərbaycanda hakimiyyət stabilliyi qoruyub saxlayır, nə xarici müdaxiləlrə, nə də daxildə kimlərinsə oyun oynamağına imkan vermir. Xalqın dəstəyi ilə Azərbaycanı irəli aparır. Kimlərsə oyun oynamaqla nəyəsə nail olub ağ günə çıxmaq istəyiblər, amma bu, mümkün olmur. Ermənistanda da olmayacaq.

Xalqın önünə çıxıb səs istəyəcək üzü olmayan Sarkisyan başqa variantla hakimiyyətini qorumağa cəhd etdi, amma bu baş tutmadı. Təbii ki, Sarkisyanın istefasını yalnız onun son siyasi həmlələrinin uğursuzlu ilə bağlamaq doğru deyil. Bu, indiyədək yeridilən yarıtmaz siyasətin nəticəsidir. Ermənistanda Paşinyanın öndərliyində baş qaldıran kütləvi etirazın səbəbi heç də demokratik tələblər deyil. Bu səfil və ac-yalavac yaşamağa məhkum edilmiş xalqın üsyanıdır.

Onun 10 illk fəaliyyəti erməni xalqını bezdirdi. Odur ki, xalq kütləsi Sarkisyanı heç bir həftə kürsüdə oturmağa imkan vermədi. Guya istefa verdi, yox istefa deyildi, qovdular. Hələ onun Ermənistanda qalıb yaşaya biləcəyi də sual altındadır.

Yerləşdiyi çoğrafi və geosiyasi məkan etibarilə Cənubi Qafqaz ölkələrinə xarici müdaxilə cəhdləri həmişə var və bundan sonra da olacaq. Amma bu da sirr deyil ki, belə təziqlər və müdaxilə cəhdləri Azərbaycana Ermənistanla müqayisdə daha çox olub.

Azərbaycan bu təziq və təhdidləri məharətlə dəf etməyi bacarıb. Səbəb sadədir - prezident İlham Əliyevin yürütdüyü siyasət məhz milli maraqlara və xalqın mənafeyinə əsaslanıb. Yəni xarici qüvvələrin müdaxilə cəhdlərində daim vasitə kimi istifadə etdikləri narazı kütlə Azərbaycanda faktiki olaraq yoxdur. "5-ci kalon" funkusiyasını yerinə yetirən marginallaşmış radikal qruplamaya isə ən tutarlı cavabı elə seçkidə Azərbaycan xalqı verib.

Digər tərəfdən, prezident İlham Əliyevin yürütdüyü xarici siyasət də ölkənin daxili işlərinə müdaxilə cəhdlərinə imkan vermir. Bunun ən bariz göstəricisi Avropa İttifaqı ilə ikitrəfli əlaqələri özündə əks etdirən əməkdaşlıq formatının seçilməsidir. "Şərq Tərəfdaşlığı" sazişinin yaratdığı fəsadları Ukrayna, Moldova və son olaraq da Ermənistanın nümunəsində də bunu aydın gördük.

Digər tərəfdən, Azərbaycan Rusiya ilə strateji əməkdaşlıq səviyyəsinə qalxan münasibətlərinə baxmayaraq, Avrasiya İttifaqına da qoşulmadı. Halbuki, bunun üçün də kifayət qədər güclü təzyiqlər var idi. Bu bir daha göstərir ki, prezident İlham Əliyev heç bir halda müstəqil siyasət yürütməkdən çəkinmir və bu kursdan zərrə qədər də güzəştə getmək niyyəti yoxdur. Bunu isə iqtisadi sahə başda olmaqla xarici asılılığı olmayan dövlətlər edə bilər. Müstəqil siyasəti şərtləndirən digər amil isə xalq-iqtidar birliyidir ki, bu da Azərbaycan ən yüksək səviyyədədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti