Xəzər Xəbər

Siyəzəndə 27 yaşlı gənc yoxa çıxıb - VİDEO

Veb TV | 20:39 • 24 Aprel 2018
Siyəzəndə 27 yaşlı gənc yoxa çıxıb -

Siyəzəndə aprelin 20-dən itkin düşən 27 yaşlı gənc hələ də tapılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakini Mirzəcan Bayramov 4 gün əvvəl işdən gəldikdən sonra çantasını evə qoyub və harasa gedib. Valideynləri səhəri gün onun evdə olmadıgını bilib və axtarışlara başlayıblar. Mirzəcanın yaxınları axtarışlar zamanı onun paltarını və telefonunu Taxtakörpü Ceyranbatan su kanalının Siyəzən rayon ərazisindən keçən hissəsindən tapıblar.

Qohumları dərhal aidiyyatı üzrə gəncin itməsi barədə müraciət ediblər.

Rayon polis şöbəsindən verilən məlumata görə, müraciət daxil olandan itkin düşən şəxsin axtarışları davam edir. Mirzəcan Bayramov evlidir, 1 övladı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti