Xəzər Xəbər

Bakıda qayda pozan sürücü yolda təpik atdı - VİDEO

Veb TV | 20:33 • 24 Aprel 2018
Bakıda qayda pozan sürücü yolda təpik atdı -

Bakıda qaydaları kobud şəkildə pozan sürücü, sürətli yolun ortasında avtomobili saxlayaraq digər avtomobilə təpik atıb. Hadisə Bakı-Ələt magistralında baş verib. Buna səbəb əks istiqamətdə hərəkət edən sürücüyə digər avtomobilin sürücüsünün yol verməməsi olub.

Xezerxeber.az-ın məlumatına görə, sürətli yolda əks istiqamətdə hərəkət edən sürücü ona vaxtında yol verməyən sürücüyə əsəbləşərək arxasıyca gəlib.

90 SO 003 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yol verməyən avtomobili saxlatdırmaq istəyib. Bunu bacarmadıqda isə sürücünün yanında oturan sərnişin avtomobilə təpik atıb.

Bununlada əsəbi soyumayan sürücü bir az sonra yenidən avtomobilin qarşısını kəsməyə cəhd göstərib. Hətta bu zaman qadağan olunmuş səs siqnallarından da istifadə edir. Yenə istəyinə nail ola bilməyəcəyini görən sürücü, bu dəfə özü avtomobilə təpik vurur. Bunu görən sürücü hadisə barədə polisə məlumat verib.

Hadisə ötən gün Bakı-Ələt yolunun 34-cü kilometrliyində sürücü Təbriz Yusubovun başına gəlib. Həmin sürücü müsahibə vermək istəməsə də avtomobilinə ziyan dəydiyini və bu gün Qaradağ rayonu 11 -ci polis bölməsinə çağrılaraq ifadəsinin alındığı bildilir.

Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti