Xəzər Xəbər

Monika Belluçi: Bədənimdən əşya kimi istifadə etdilər

Şou Biznes | 12:07 • 24 Aprel 2018
Monika Belluçi:

Dünyanın ən gözəl qadınları siyahısında ilk sırada göstərilən aktrisa Monika Belluçi "Hürriyyet” qəzetinə müsahibə verib.

Belluçi müsahibə zamanı maraqlı açıqlamaları ilə yadda qalıb.

O bildirib ki, sevilməklə bərabər, nifrətlə də qarşılanır:

"Mənə nifrət edirlər. Mənsə bu nifrətdən enerji alıram. Çünki nifrət edənlərin məni idarə etməsinə icazə vermirəm”.

Monika daha sonra bədəninin rejissorlar tərəfindən istifadə edildiyini deyib:

"Gözəlliyim rejissorlar tərəfindən pislikləri ifa etmək üçün istifadə olundu. Məsələn,"Malena” və "Geri dönülməz” filmindəki rollarım kimi...

Rejissorlar bədənimdən əşya kimi istifadə etdilər. O layihələrdə insan kimi yox, alət kimi yer almışam”.



oxu.az

Xəbər lenti