Xəzər Xəbər

Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək - VİDEO

Veb TV | 20:50 • 23 Aprel 2018
Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək -

Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən sürücülərə bildiriləcək.

Bu barədə qərar Azərbaycan Sığortaçılar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu əməkdaşlarının növbəti görüşündə verilib. Hazırda yoxlanış mərhələsində olan sistem sığorta edilənlərə bir çox üstünlüklər verir.

Sığorta şirkətləri yalnız bu əsaslarla xidmət göstərən təmir müəssisələri ilə əməkdaşlıq edə biləcək. Təmir müəssisəsinin seçilməsi hərrac üsulu ilə olacaq.

Bundan başqa, sığorta şirkəti şərtlər uyqun olduqu halda avtomobili təmir edilən şəxsin yaşayış yerinə yaxın olan təmir müəssisəsini seçməlidir.

Hazırda bu layihə yoxlanış mərhələsindədir, özünü doğruldacağı təqdirdə növbəti həftədən etibarən tətbiq ediləcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar