Xəzər Xəbər

Bakıda qətl törədilib - VİDEO

Veb TV | 20:30 • 23 Aprel 2018
Bakıda qətl törədilib -

Bakıda qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Onun meytini ailə üzvləri yaşadıqları evin yaxınlığından aşkar ediblər. Dərhal ərazi üzrə 14-cü polis bölməsinə məlumat verilib. Əməliyyatçılar çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanovu saxlayıb. Məlumata görə, Samir Şabanov mərhumun həm keçmiş kürəkəni, həm də qohumu olub. Polis bölməsindən verilən məlumata görə, Samir Şabanov Hətəm Şabanovun qızı ilə ayrıldıqdan sonra ailələr arasında mübahisə var imiş.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti