Xəzər Xəbər

Xərçəngin müalicəsində ÜMİD Yeni tapıntılar var

Maraqlı | 17:04 • 21 Aprel 2018
Xərçəngin müalicəsində ÜMİD

Xərçəngin metastaz etməsinə səbəb olan şiş hüceyrələri tapılıb.

Yeni tapıntı belçikalı alimlərin axtarışları nəticəsində üzə çıxıb.

Araşdırmanı Azad Brüssel Universiteti, Katolik Leuven Universiteti və Erazm Xəstəxanasından olan 25 həkim aparıb.

Araşdırmalarda elm adamları xərçəngin müxtəlif mərhələlərdəki hüceyrələri ilə tanış olub və bədxassəli olanları 6 ayrı kateqoriyaya ayırıblar.

Şiş hüceyrələrinin genetik quruluşunu araşdıran tədqiqatçılar onların eyni xüsusiyyətə malik olmadıqlarını tapıblar.

Araşdırmadan əldə edilən nəticələr xərçəngin gələcəkdə müalicəsi üçün ümid ola bilər./Metbuat.az

Xəbər lenti