Xəzər Xəbər

Prezident yeni metro qatarlarına baxış keçirib VİDEO

Veb TV | 20:59 • 20 Aprel 2018
Prezident yeni metro qatarlarına baxış keçirib

Prezident İlham Əliyev bu gün Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub. 2018-ci ildə Rusiyanın "Transmaşholdinq" şirkətinin "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyətində istehsal olunan bu vaqonlar müasirliyi ilə seçilir. Yeni qatarın sürəti saatda 90 kilometrdir.

Prezident İlham Əliyev yeni qatarlarda yaradılan şəraitlə tanış olmaq üçün Bakı Metropoliteninin İçərişəhər stansiyasına gəldi.

Prezident İlham Əliyev yeni metro vaqonlarına baxdı.

2018-ci ildə Rusiyanın "Transmaşholdinq" şirkətinin "Metrovaqonmaş" Açıq Səhmdar Cəmiyyətində istehsal olunan bu vaqonlar müasirliyi ilə seçilir. Yeni qatarın sürəti saatda 90 kilometrdir. Qatarın baş vaqonu 38 oturacaqlı olmaqla, ümumilikdə, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla, ümumilikdə, 328 yerlikdir.

Qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlərin tətbiqi qatarda hərəkət təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Vaqonlardakı sərnişinlərin təhlükəsizliyi daxili və xarici videomüşahidə sistemləri əsasında təmin edilir.

Prezident İlham Əliyev yeni qatarla metronun "İçərişəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasına getdi.

Vaqonlararası keçidin olması bütün qatar boyunca sərnişinlərin bərabər paylanmasını, sərnişinlərin yerləşmə sahəsini genişləndirməklə onların rahat daşınmasını və təhlükəsizliyini təmin edir. Vaqon qapıları əvvəlki nümunələrlə müqayisədə 12 faiz enlidir. Qapıların açılıb-bağlanma sürəti aşağı olduğundan və qapı arasında qalmaq təhlükəsinə qarşı sistemin mövcudluğu sərnişinlərin təhlükəsizliyini artırır.

Vaqonlarda mükəmməl istilik, salonda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur. Yeni konstruksiyalı səsboğucu ilə təmin edilmiş təkərlərdən istifadə olunduğu üçün qatarlar səssiz və rəvan hərəkət edir.

Dövlət başçısına metronun konseptual inkişaf sxemi barədə məlumat verildi.


Xəbər lenti