Xəzər Xəbər

ABŞ-da məktəbdə atışma baş verib

Dünya | 18:14 • 20 Aprel 2018
ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-ın Florida ştatında məktəblərin birində atışma baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Əraziyə polis qüvvələri cəlb olunub, məktəb mühasirəyə alınıb. Polis sakinləri məktəb yaxınlığından keçməməyə çağırıb. Polislər valideynlərə məktəbə gəlməmək, uşaqları yaxınlıqdakı kilsədən götürmək barədə xəbərdarlıq edib.

Atışmanın təfərrüatları barədə başqa məlumat verilməyib.

Xəbər lenti