Xəzər Xəbər

Daşınmaz əmlaka pul yatırmaq vaxtıdır VİDEO

Veb TV | 20:57 • 24 Mart 2018
Daşınmaz əmlaka pul yatırmaq vaxtıdır

Azərbaycanda əmlak bazarında yaranan yeni canlanma insanların bu sahəyə investisiya yatırmasına marağı artırıb. Ekspertlər mənzil qiymətlərinin bundan sonra artan xətlə davam edəcəyini bildirirlər.

Əmlak bazarında 2014-ci ildən yaranan durğunluq indi yerini inkişafa verib. Belə ki, öncələr insanlar əmlaka vəsait qoymaq istəmirdilərsə indi bu sahə yatırım etmək üçün ən əsas sahələrdən birinə çevrilib.

Ekspert Nofəl Quliyevin sözlərinə görə pilot layihələrə daxil olan yeni binalardan mənzillərin alınmasına vətəndaşlar daha çox maraq göstərirlər.

əmlak bazarının inkişafinda turizmin də rolu böyükdür. Belə ki, bir sıra şəxslər xarici turistlərə icarəyə vermək üçün daşınmaz əmlak alırlar.

Ekspert evləri əsasən beş mərtəbəli kohnə binalardan, habelə tikintisi başa çatdırılaran hazır mənzilləri almağı tövsiyyə edir.


Xəbər lenti