Xəzər Xəbər

Qızıl bazarı canlanır Ən ucuz qızıl dəsti neçəyədir? - VİDEO

Veb TV | 20:58 • 24 Mart 2018
Qızıl bazarı canlanır

Novruz bayramının bitməsi qızıl bazarında canlanmaya səbəb olub. Alıcı çox olsada qızıl qiymətində dəyişiklik yoxdur. Hər zaman olduğu kimi əsas tələb rus qızılınadır. Amma son zamanlar ərəb qızılına maraq göstərənlər də çoxalıb. Bu növ qızılı seçənlər isə daha çox pul xərcləməli olurlar.

1500 manatdan 10-15 min manata kimi qızıl dəstləri. Ağ, sarı qızıllar və son zamanlar əsasən gənclərin seçdiyi ərəb qızılları.

Novruz bayramından sonra qızıl bazarında canlanma müşahidə edilir.

Əvvələr sarı qızıllara maraq çox idisə artıq ağ qızıllara maraq daha çoxalıb. Ama bu qızıllar arasında qiymət fərqi yoxdur. Son zamanlar ərəb qızıllarına da maraq artıb ki, bu qızıllar daha bahadır.

Bazardakı canlanmanın növbəti ayın ortalarına kimi davam edəcəyi gözlənilir. May ayında toylar olmadığına görə bu ayda alıcılıq nisbətən az olur.

Xəbər lenti