Xəzər Xəbər

Külək Mingəçevirdə fəsadlar törədib - VİDEO

Veb TV | 20:05 • 22 Mart 2018
Külək Mingəçevirdə fəsadlar törədib -

Ötən gün əsən güclü külək Mingəçevirdə fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, bir neçə saat davam edən təbiət hadisəsi zamanı şəhərin müxtəlif ünvanlarında iri gövdəli ağaclar aşıb.

Aydın Məmmədov küçəsində kökündən qopan ağac avtomobillərin intensiv hərəkət etdiyi yola düşüb. Yerli sakinlər hadisə zamanı bir neçə sürücünün anında təhlükədən yayındıqlarını bildirdilər.

Güclü külək elektrik naqillərinə də ziyan vurub. Nəticədə enerji verilişində fasilələr yaranıb.

Qeyd edək ki, təbiət hadisənin fəsadlarının aradan qaldırılması üçün aidiyyati qurumlar işə başlayıb. Şəhərin elektrik enerji verilişində yararan fasilələr gecə saatlarında tam aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti