Xəzər Xəbər

Sabunçuda qətl törədilib - saxlanılan var

Hadisə | 12:27 • 22 Mart 2018
Sabunçuda qətl törədilib -

Sabunçu qəsəbə sakini Tarıyel Həmzəyevi qətlə yetirməkdə şübhəli bilinən Emin Ramazanov saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə, T.Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Ramazanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar