Xəzər Xəbər

ABŞ Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq

Dünya | 15:13 • 22 Mart 2018
ABŞ Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq

ABŞ Konqresi Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq.


Xezerxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu rəqəmlər 2018 maliyyə ili üçün ABŞ-ın büdcə layihəsində yer alıb.

"Gürcüstana yardım üçün azı 105 milyon 325 min dollar, Ukraynaya isə azı 420 milyon 700 min dollar ayırılmalıdır”, sənəddə vurğulanıb. Bundan əlavə ABŞ 2018-ci maliyyə ilində müdafiə xərcləri üçün Ukraynaya 200 milyon dollarlıq hərbi yardım edəcək.

Konqresin hər iki palatası martın 24-dək büdcəni qəbul etməlidir. Büdcə layihəsi qüvvəyə minməsi üçün prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

Xəbər lenti