Xəzər Xəbər

Kişi peşəsinin öhtəsindən ustalıqla gəlir - 41 ildir ki, elektrik avadanlıqlarının təmir edir - VİDEO

Veb TV | 20:57 • 21 Mart 2018
Kişi peşəsinin öhtəsindən ustalıqla gəlir -

Özü qadın olsada kişi peşəsinin öhtəsindən ustalıqla gəlir. 41 ildir ki, elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Yevlax rayon sakini 63 yaşlı Xuraman Məmmədova peşəkarlığı ilə kişi həmkarlarına meydan oxuyur

Elektrik avadanlıqlarını təmir edərək onlara yenidən həyat verir. 63 yaşlı Xuraman Məmmədova yaşının bu çağında öz işinin öhdəsindən layiqincə gəlir.

41 ildir ki, Yevlaxda kişi sənəti ilə məşğul olan zərif cinsin nümayəndəsi görənlərin təccübünə səbəb olur.Qadın, ət çəkən maşın, müxtəlif növ su NASOSları VƏ digər elektriklə iləyən məişət avadanlıqlarını təmir edir. Gənc yaşlarından çətin peşəni seçən Xuraman Məmmədova, həyat yoldaşının da onun kişi işi ilə məşğul olmasına mane olmadığını deyir.

Usta qadının sözlərnə görə hətta iş zamanı bəzən başına maraqlı hadisələrdə gəlir. Çox vaxt müştərilər onun qadın olduğu üçün işin öhdəsindən gələ bilməyəcəyini düşünür.

63 yaşlı ustanın əsas müştəriləri yaşlı sakinlərdir. Elə buna görədə ona rayonda "təqaüdçülərin anası" deyirlər. Xuraman Məmmədova işinin müqabilində o qədərdə yüksək məbləğ tələb etmədiyindən bu gündə çörək pulunu rahat qazana bilir.

Xanım ustanın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur. Maraqlı məqam ondan ibarətdir ki, o heç bir tələbəsini özü öyrətmir. Yalnız onun əlinə baxıb öyrənməyin mümkün olduğunu deyir.


Xəbər lenti