Xəzər Xəbər

Azərbaycanda yenilik: Saytı girov qoyub kredit götürmək olar - VİDEO

Veb TV | 20:59 • 21 Mart 2018
Azərbaycanda yenilik:

İnternet saytlarını da girov qoyub bankdan pul götürmək mümkün olacaq.

Bunun üçün şərtlər də çox sadədir. Kredit üçün ayrılacaq məbləğ həmin saytın reyntiqinə görə müəyyənləşdiriləcək. Götürülən krediti həm saytın inkişafı üçün, həm də digər bizneslər üçün istifadə etmək olacaq.

Artıq internet saytlarını da girov qoyaraq bankdan pul götürmək mümkündür. Saytlar daşınar əmlakın yüklülüyü kimi nəzərə alınaraq brend kimi rəsmiləşdirə bilinəcək.

Götürülən kreditin məbləği isə saytın giriş sayı və reytinqinə uyğun olaraq müəyyənləşəcək.

İnternet resurslarının monitorinqini aparan beynəlxalq reytinq şirkətlərində ilk sıralarda olan saytların kredit xətti isə daha yüksək olacaq.

Ekspertlərin fikrincə, saytlara kredit imkanın yaradılması onların biznesinin inkişaf etdirilməsində önəmli rol oynayacaq.

Xəbər lenti