Xəzər Xəbər

32 nəvə, 5 nəticəsi var... VİDEO

Veb TV | 20:58 • 21 Mart 2018
32 nəvə, 5 nəticəsi var...

"Ailə böyük bir nemətdir" bu sözləri növbəti sujetimizn qəhrəmanı deyir. Çünki ailə üzvlərinin sayına görə Sadıqovlar respublikadakı çoxuşaqlı ailələrdən biridir. Ailə başçılarının sözlərinə görə ailəqorumaq onun dəyərini bilmək çox vacibdir.

Nə az, nə çox düz 52 nəfər. İsmayıllıda yaşayan Sadıqovlar ailəsi ailə tərkibinin böyüklüyü ilə seçilir.

İsmayıllının Qəzli kəndində yaşayan Sadıqovlar ailəsi 9-u oğlan 4-ü qız olmaqla 13 övlad sahibidirlər. Cavanşir dayının ailəsi respublikada olan çoxuşaqlı ailələrdən biri hesab olunur. 13 övladı böyütməyin hec də asan olmadığı deyən ailə başçısı övladlarının hamısının xeyir işini də edib.Hətta artıq 32 nəvə və 5 nəticəsi var.

Cavanşir dayı həyat yoldaşı Firqiyyə xanım ilə birlikdə özlərini ən xoşbəxt insanlardan biri hesab edirlər. Onların dediklərinə görə, böyük ailə böyük bir nəsildir. Bu yaşlı cütlük gənclərə də çox uşaqlılığı tövsiyyə edir.

Cavanşir dayının sözlərinə görə,onun övladlarından biri hal-hazırda vətən keşiyindədır, nəticəsi isə avropa və dünya çempionatlarında Azərbaycan bayrağını qaldırıb.

Ailə üzvlərinin sayının çox olduğundan bəzən ailə başçıslarının övladlarının adlarını səhv saldıqları da olur. Ailə üzvləri deyirlər ki, ən böyük xoşbəxtlik birlikdə olmaq və çətinliklərin öhdəsindən birlikdə gəlməkdir.

Ev sahiblərinin sözlərinə görə ailəni qorumaq insanın ən böyük sərvətidir. İnsanlar çalışıb bu sərvəti qoruyub dəyərini bilsinlər.


Xəbər lenti