Xəzər Xəbər

Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk etdi

Dünya | 12:49 • 21 Mart 2018
Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk etdi

Rəsmi Londonun irəli sürdüyü tələblərə uyğun olaraq, 23 rusiyalı diplomat Böyük Britaniyanı tərk edib.

Diplomatlar ailələri ilə birlikdə Stensted hava limanından artıq Moskvaya yola düşüb.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

Artıq Londondan yola düşən təyyarənin Moskvanın "Vnukovo-2" hava limanına endiyi bildirilir./publika.az

Xəbər lenti