Suriyanın paytaxtı Dəməşq dairəsinin Caraman rayonu ərazisində yerləşən bazar terrorçular tərəfindən atəşə tutulub. Nəticədə 35 dinc sakin ölüb, daha 32-si yaralanıb.
Bunu Dəməşqin dövlət xəstəxanasının direktoru doktor Haysam əl-Hüseyni deyib.
"Carmanda Kaşkul rayonundakı bazarın terrorçular tərəfindən raket atəşinə tutulması nəticəsində xəstəxanaya 35 meyit gətirilib", - deyə Əl-Hüseyni bildirib./publika.az