Yaz fəsli martın 20-si saat 20:15:30-da Azərbaycana qədəm qoyub.
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır
Mikayılov bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir:
"Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir.
Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də
yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə
gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.