Bayram günlərində uşaqların asudə vaxtlarını necə keçirməlidir ? Pedaqoqlar tövsiyyə edir ki, bu günlər ərzində uşaqlar yaxşı istirahət etməlidir ki, məktəbə zehni yorğun şəkildə getməsinlər. Uşaqlar üçün teatrlar da bir birindən maraqlı bayram proqramları hazırlayıb.
Uşaqların səbirsizliklə gözlədikləri 1 həftəlik tətil başladı. Pedaqoqlar bildirir ki, tətil günləri uşaqlar yaxşı istirahət etməlidirlər ki, məktəbə zehni yorğun, aqressiv bir şəkildə getməsinlər. Valideyinlər uşaqları dərslərlərlə yükləməməlidirlər.
Bəzi valideynlər uşaqların bu günlərini maraqlı keçirmələri üçün bir həftəlik proqramlarını artıq müəyyənləşdiriblər.
Pedaqoq Almaz Həsrət hesab edir ki, tətil günlərində uşqaların asudə vaxtlarını səməmərəli keçirmələri üçün valideyn nəzarəti olmalıdır.
Qeyd edək ki, bayram günlərində uşaqların vaxtlarını
səmərəli keçirmələri üçün mədəniyyət ocaqları Novruz bayramı ilə əlaqədar şənlik
proqramları təşkil edib. Bu il də Novruz
bayramı günlərində teatrlar uşaqları
maraqlı və mövzu baxımından rəngarəng tamaşalarla sevindirəcək.