Xəzər Xəbər

Darıxdırıcı səyahətlərə son VİDEO

Veb TV | 20:57 • 18 Mart 2018
Darıxdırıcı səyahətlərə son
Azərbaycanlı gənclərin qurduğu sayt sürücülərə yol yoldaşı tapmaqda, sərnişinlərə isə ucuz qiymətə səfər etməkdə yardımçı olacaq. Sürücülər sayta pulsuz elan yerləşdirərək yol xərcini azalda, sərnişinlər isə getdikləri səfərə uyğun avtomobil tapa bilərlər. Saytın mobil aplikasiyası da mövcuddur.

Sürücülər yol xərcini azalda, sərnişinlər isə ucuz qiymətə səfər elə bilərlər.

Bu, azərbaycanlı gənlərin qurduğu sayt hesabına mümkündür. Saytda qeydiyyatdan keçən istifadəçilər orada pulsuz elan yerləşdirə bilərlər.

Sayt 1 ilə yaxındır ki, fəaliyyət göstərir və mobil aplikasiyası da mövcuddur.

Gənclər bu saytdan istifadə sayəsində tıxacların da azala biləcəyini deyirlər.

İstifadəçilərin rahat ünsiyyət qura bilməsi üçün yaxın vaxtlarda sayta çat xidməti də əlavə ediləcək.


Xəbər lenti