Xəzər Xəbər

“İstanbullu gəlin” serialı 29 illik evliliyi bitirdi FOTO

Şou Biznes | 11:07 • 17 Mart 2018
“İstanbullu gəlin” serialı 29 illik evliliyi bitirdi

Türkiyənin baxımlı seriallarından olan "İstanbullu gəlin”də Kıymet xarakterini canlandıran Nergis Çorakçı ilə həyat yoldaşı, aktyor Can Başakın 29 illik evlilik həyatı bitib.

İstanbul Ailə Məhkəməsində dava açan Can Başak şikayət ərizəsində 1989-cu ildə ailə qurduqlarını, bir övladlarının olduğunu, münasibətlərin hörmət mustəvisindən çıxdığını, ilk gündən yola getmədiklərini və ailənin təməldən sarsıldığını bildirib.

Tərəflər razılıq əsasında boşanıb. Bir-birindən heç bir tələbi olmayan cütlük universitetdə oxuyan övladları üçün müəyyən məbləğdə pul ödəyəcəklərini boşanma ərizəsində qeyd ediblər.

publika.az

Xəbər lenti