Xəzər Xəbər

ATƏT DTİHB Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək - VİDEO

Veb TV | 21:00 • 23 Fevral 2018
ATƏT DTİHB Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək -

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri də müşahidə edəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Zəngilandan olan məcburi köçkün övladları ilə görüşündə deyib.

Səfir bildirib ki, ABŞ üçün vətəndaşların seçkidə azad iştirakı, seçkilərin ədalətli keçirilməsi vacibdir. Səfirin sözlərinə görə, ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi üçün bir sıra proqramlar hazırlayır. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı ikitərəfli əməkdaşlığın üç əsas istiqaməti - iqtisadiyyat, təhlükəsizlik, qanun və demokratiyanın aliliyi məsələləri mövcuddur.

Robert Sekuta Xocalı soyqırımı məsələsinə də toxunub. O qeyd edib ki, belə faciələr unudulmamalıdır ki, gələcəkdə də təkrar olunmasın.

Robert Sekuta vurğulayıb ki, ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini daim diqqətdə saxlayır. Tərəfləri bir araya gətirərək, bu məsələnin tez bir zamanda həllinə çalışır.

Bu arada ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta həyat yoldaşı ilə birgə paytaxtın Binəqədi rayonunda yerləşən Zəngilan rayon 4 saylı tam orta məktəbdə məcburi köçkün övladları ilə görüşüb. Bildirilib ki, səfirlik həmin məktəbdə "Bilik Qüvvətdir!" adlı məktəbdənkənar ingilis dili tədris proqramına başlayıb. ABŞ səfriliyi tərəfindən maliyyələşdirilən proqram Beynəlxalq təhsil üzrə Amerika Şurası və Azərbaycan Dillər Universiteti tərəfindən idarə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti