Xəzər Xəbər

Valideyn israrı uşağı 8 ay adsız qoydu - Uşaqlara niyə gülüş doğuran ad qoymaq istəyirlər? - VİDEO

Veb TV | 20:52 • 23 Fevral 2018
Valideyn israrı uşağı 8 ay adsız qoydu -

Valideyn övladına gülüş doğuran ad qoymaq istəyib, nəticədə uşaq 8 ay adsız qalıb. Bəzi valideynlər məcburən istədikləri adı uşaqlara qoymaq üçün hətta məhkəmə çəkişmələrinə qədər israr ediblər.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə valideynlərin istəkləri təmin edilməyib.

Hətta övladını 8 ay adsız saxlayanlara da rast gəlinib. Belə ki, uşağa Fəryad adı qoyulacaqmış. Amma qeydiyyat idarələrində valideynlərin diqqətinə çatdırılıb ki, belə ad qoymaq qadağandır. Yalnız 8 aydan sonra uşağa Alpər adı verilib.

Sayalı Sadıqova deyir ki, bəzi valideynlər Türkiyə seriallarından təsirlənərək adlar seçirlər. Bu da yolverilməzdir.

Sayalı Sadıqovanın sözlərinə görə, qanunvericilik körpəyə gülüş doğuran adların qoyulmasını qadağan edir. Bütün qeydiyyat şöbələrində Nazirlər Kabinetinin bununla bağlı qərarı var.

Valideynlər övladlarına ad seçərkən bu amilləri nəzərə almalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti