Xəzər Xəbər

Zəncirvari qəza ölümlə nəticələndi - VİDEO

Veb TV | 20:33 • 23 Fevral 2018
Zəncirvari qəza ölümlə nəticələndi -

Zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Beyləqanda, Heydər Əliyev prospektində qeydə alınıb. 4 avtomobilin toqquşması nəticəsində sürücü Etibar Abdullayev və onun sərnişini Arif İmrəliyev hadisə yerində ölüb.

Hadisə zamanı 4 nəfər - Kənan Mirzəyev, Elnur Bəndəliyev, Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Sumqayıt şəhərində isə avtomobil gənc oğlanı vuraraq öldürüb. Hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib. Şəhər sakini, 24 yaşlı Məmməd Balayev işlədiyi kafedən çıxıb evə gedərkən avtomobil tərəfindən vurulub. Yaralı dərhal elə sürücünün özü tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra sürücü saxlanılaraq istintaqa cəlb olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar