Xəzər Xəbər

İntıqam almaq üçün oğurluq etdi - VİDEO

Veb TV | 20:34 • 23 Fevral 2018
İntıqam almaq üçün oğurluq etdi -

Beyləqanda oğurluq hadisəsi olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Birinci Şahsevən kənd sakini Səmral Həsənov qoyunlarının oğrulanması barədə polisə məlumat verib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxs müəyyən edilib. Məlum olub ki, heyvanları oğurlayan əvvələr də məhkum olunmuş rayon sakini Kəmalədin Vəliyevdir.

Kəmaləddin Vəliyev həmkəndlisi ilə aralarında problem olduğunu, buna görə də ondan intıqam almaq istədiyini bildirib. Səmral Həsənovu evini və torpağını almaqda ittiham edib. Buna görə də onun heyvanlarını oğurlayıb.

Kəmaləddin Vəliyev oğurladığı heyvanları Bakı şəhərində 1800 manata satıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti