Xəzər Xəbər

Şəmkirdə sürücü ilə müştəri arasındakı mübahisə qətllə nəticələndi - VİDEO

Veb TV | 20:32 • 23 Fevral 2018
Şəmkirdə sürücü ilə müştəri arasındakı mübahisə qətllə nəticələndi -

Şəmkirdə sürücü ilə müştəri arasındakı dava bıçaqlanmayla nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun İrmaclı kənd sakini, 25 yaşlı Ayvaz İsgəndərov rayon mərkəzində 64 yaşlı Arif Yusifovun idarə etdiyi taksiyə oturaraq yaşadığı kəndə sürdürüb. Kəndə çatanda sərnişin 5 manat ödəsə də, taksi sürücüsü yol haqqının 12 manat olduğunu deyib. Aralarında yaranan mübahisə Ayvaz İsgəndərovun Arif Yusifovu biçaqlaması ilə nəticələnib. Bıçaqlanan sürücü xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti